Prezident İlham Əliyev: “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivləri mövcuddur” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivləri mövcuddur” - YENİLƏNİB Dövlət başçısı TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib
Energetika
21 Noyabr , 2016 17:04
Prezident İlham Əliyev: “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivləri mövcuddur” - YENİLƏNİB

*** saat 15:24

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Patrik Puyanne ilə Davosda keçirdikləri görüşü məmnunluqla xatırlayaraq TOTAL şirkəti ilə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb. “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlət başçısı bu yatağın böyük potensiala malik olduğunu dedi, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib.

TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. “Abşeron” yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib. Bu gün SOCAR ilə TOTAL arasında “Abşeron” qaz yatağı üzrə memorandumun imzalanacağını bildirən şirkətin baş icraçı direktoru səfərin bu layihənin işlənilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Qonaq, eyni zamanda, TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini məmnunluqla qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi