Prezident: "Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerjini də əlavə etmək istəyirik"

Prezident: "Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerjini də əlavə etmək istəyirik" Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik.
Energetika
18 Yanvar , 2023 20:16
Prezident: Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerjini də əlavə etmək istəyirik
İlham Əliyev

"Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik".

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.

“Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev deyib ki, bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var: “Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil”.

Son xəbərlər

Orphus sistemi