Bakı. 24 iyul. REPORT.AZ/ Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı 2 yeni quyuda qazma işlərini uğurla davam etdirir. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (
Məlumata görə, 1183 nömrəli quyunun layihə dərinliyi 795 metr, 1145 nömrəli quyunun layihə dərinliyi isə 950 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.