Bakı. 6 sentyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in İdarə Heyətində dəyişiklik olub.
"Report" xəbər verir ki, şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatına görə, "Petkim Holding"in İdarə Heyətinin üzvü Kənan Yavuz istefa verib.
K.Yavuzun yerinə Ertuğrul Altın təyin olunub.
Qeyd edilib ki, Türkiyə Ticarət Qanunun 363 və Şirkət Əsas Anlaşmasının 11-ci maddəsinə görə, E.Altının üzvlüyü təsdiq üçün "Petkim"in ümumi iclasına təqdim olunacaq.