Peter Siyarto: “Nüvə energetikası artan enerji tələbatını ödəmək üçün vacibdir”

Peter Siyarto: “Nüvə energetikası artan enerji tələbatını ödəmək üçün vacibdir” Nüvə energetikası dövlətlərin gələcəkdə elektrik enerjisinə artan tələbatını ödəyə biləcəyinə əmin olması üçün lazımdır
Energetika
5 İyun , 2024 10:12
Peter Siyarto: “Nüvə energetikası artan enerji tələbatını ödəmək üçün vacibdir”

Nüvə energetikası dövlətlərin gələcəkdə elektrik enerjisinə artan tələbatını ödəyə biləcəyinə əmin olması üçün vacibdir.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün işə başlamış Bakı Enerji Forumunun açılışında bildirib.

“Söhbət enerji təchizatından gedirsə, bizim ümumi məqsədimiz siyasi müzakirələrdən uzaqlaşmaq olmalıdır”, - o vurğulayıb.

Nazir həmçinin deyib ki, Avropa şaxələndirməyə böyük önəm verir: “Problem ondadır ki, şaxələndirmə ilə bağlı fərqli fikirlər var. Bizim fikrimiz budur ki, bizim daha çox mənbəmiz var. Biz isə mövcud olanları başqaları ilə əvəz etməyi nəzərdə tutan fikirlərlə razılaşmırıq. Şaxələndirmə mənbələrin sayını artırmaq deməkdir. Məhz buna görə də biz Avropa İttifaqından Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünü artırmağı xahiş etmişik ki, Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz ala bilək. Bu ölkələrlə ya artıq müqavilələrimiz var, ya da müqavilələr hazırlanır”.

Son xəbərlər

Orphus sistemi