Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.
Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.
İki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub.
Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Elektrik enerjisi, bərpa olunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Pərviz Şahbazov tviterdə paylaşım edib.
"Novakla ikitərəfli və qlobal enerji gündəliyində olan məsələlərə dair səmərəli müzakirələr apardıq", - paylaşımda qeyd edilir.