Pərviz Şahbazov: "Laçında ümumi gücü 6,5 MVt olan 2 SES-də bərpa işləri mümkün olub"

Pərviz Şahbazov: "Laçında ümumi gücü 6,5 MVt olan 2 SES-də bərpa işləri mümkün olub" ​​​​​​​Sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub
Energetika
20 Oktyabr , 2022 13:47
Pərviz Şahbazov: Laçında ümumi gücü 6,5 MVt olan 2 SES-də bərpa işləri mümkün olub
Pərviz Şahbazov

Sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 meqavat olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr “Energetiklər günü” ilə əlaqədar rəsmi qəzetdə dərc edilən məqaləsində bildirib.

Onun sözlərinə görə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.

Nazir bildirib ki, Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür: “Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Bu konsepsiya investorlar da daxil olmaqla hər kəs üçün bu bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edəcək böyükmiqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır”.

P. Şahbazov qeyd edib ki, burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir: “Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 meqavat olan 5 kiçik su elektrik stansiyasının (“Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan” və “Soyuqbulaq”) tikintisi üzrə işlər həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi