Pərviz Şahbazov "Azərbaycan azad edilmiş əraziləri “xalis sıfır zona” kimi görmək niyyətindədir"

Pərviz Şahbazov "Azərbaycan azad edilmiş əraziləri “xalis sıfır zona” kimi görmək niyyətindədir" "Azərbaycan uzun onilliklər ərzində regional əməkdaşlıq qarşısında duran maneələrin aradan qaldırılması, təhlükəsiz və geniş əməkdaşlıq məkanının yaradılması istiqamətində mühüm təşəbbüslər həyata keçirir.
Energetika
2 Dekabr , 2021 11:34
Pərviz Şahbazov Azərbaycan azad edilmiş əraziləri “xalis sıfır zona” kimi görmək niyyətindədir
Pərviz Şahbazov

"Azərbaycan uzun onilliklər ərzində regional əməkdaşlıq qarşısında duran maneələrin aradan qaldırılması, təhlükəsiz və geniş əməkdaşlıq məkanının yaradılması istiqamətində mühüm təşəbbüslər həyata keçirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji forumunda bildirib.

P. Şahbazovun sözlərinə görə, Azərbaycan torpaqlarının azad edilməsindən sonra bu istiqamətdə təşəbbüslər daha da artıb: "Bu təşəbbüslərə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa və reinteqrasiya işləri ilə yanaşı, telekommunikasiya kanallarının açılması və yeni nəqliyyat dəhlizinin yaradılması daxildir.

Birlikdə atılan bu addımlar regionun davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasını regional əməkdaşlığı gücləndirmək üçün fürsət kimi qiymətləndirir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonasına çevirməklə bağlı təşəbbüsü xüsusi göstərilməlidir. Bu unikal təşəbbüs “yaşıl” texnologiyaların, səmərəli və “ağıllı” sistemlərin tətbiqinə xüsusi önəm verir, regional enerji arxitekturasına doğru əməkdaşlığa yol açır. Onu da qeyd etməliyəm ki, Qlazqoda keçirilən COP26 toplantısında Azərbaycan bəyan edib ki, azad edilmiş əraziləri “xalis sıfır zona” kimi görmək niyyətindədir".

Son xəbərlər

Orphus sistemi