Yuxarı

Parisdə Dünya Qaz Konqresi öz işinə başlayır

Dünya Qaz Konqresi bu il Planetə qayğı ilə sabit inkişaf şüarı altında keçirilir

Bakı. 1 İyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə Dünya Qaz Konqresi (World Gas Conference) öz işinə başlayır.

"Report" TASS agentliyinə istinadən verdiyi xəbərə görə, global təbii qaz istehsalının 95 faizini təmin edən 70 ölkənin şirkətlərinin iştirakı ilə keçiriləcək bu tədbir energetika dünyasının ən əhəmiyyətli hadisələrindən biri hesab olunur.

Üç ildə bir dəfə baş tutan Dünya Qaz Konqresinin bu ilki mövzusu isə "Planetə qayğı ilə sabit inkişaf" seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi