Pandemiya dövründə alternativ enerji istehsalı artıb

Pandemiya dövründə alternativ enerji istehsalı artıb Koronavirus pandemiyası dövründə qlobal enerji istehsalında kəşfiyyat, hasilat və nəqliyyat xərci tələb etməyən alternativ enerji sistemlərinin payı 4% bəndi artaraq 30% səviyyəsinə qalxıb.
Energetika
4 May , 2020 14:25
Pandemiya dövründə alternativ enerji istehsalı artıb

Koronavirus pandemiyası dövründə qlobal enerji istehsalında kəşfiyyat, hasilat və nəqliyyat xərci tələb etməyən alternativ enerji sistemlərinin payı 4% bəndi artaraq 30% səviyyəsinə qalxıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin(IEA) "Qlobal Enerji Outlook" hesabatında məlumat verilib.

Bildirilir ki, analoji dövrdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı qlobal miqyasda 5% artıb. Eyni dövrdə dünya üzrə ənənəvi mənbələrdən elektrik enerjisi istehsalında azalma olub.

Bundan başqa, “IEA”nın 30 ölkədən əldə etdiyi məlumatlara görə, pandemiya dövründə karbon emisiyası 25% azalıb. Bu ilin sonuna qədər isə karbon emisiyasının 2,6 gigaton azalaraq 10 il əvvəlki səviyyəyə- 8%-ə enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, qurum bu il tələbatın azalması ilə ənənəvi mənbələrdən enerji istehsalının azalmasının davam edəcəyini gözləyir.

Son xəbərlər

Orphus sistemi