Ötən il “SOCAR Polymer”in ixracı 2,5 dəfə artıb
- 02 fevral, 2022
- 09:26
2021-ci ildə “SOCAR Polymer” müəssisəsi tərəfindən ümumilikdə 252,2 milyon ABŞ dolları dəyərində polimer məhsulu ixrac edilib.
Bu barədə “Report” SOCAR-ın iqtisadi nailiyyətləri ilə bağlı açıqlanan məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 147 % çoxdur.
2021-ci ildə ölkə üzrə qeyri-neft ixracının 9,3 %-i “SOCAR Polymer”in payına düşüb.
Qeyd edək ki, 2021-ci ildə ölkə üzrə qeyri-neft sektoru üzrə ixrac artımının 17,3 %-i “SOCAR Polymer”in payına düşüb.
Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.