Polşa ötən il Rusiyadan qaz idxalını azaldıb

Polşa ötən il Rusiyadan qaz idxalını azaldıb Bakı. 9 yanvar. REPORT.AZ/ Polşanın PGNiG dövlət neft-qaz şirkəti 2018-ci ildə Rusiyadan əvvəlki ilə nisbətən 620 milyon kubmetr (6,4 faiz) az, yəni 9,66 milyarda qarşı 9,04 milyard kubmetr təbii qaz idxal edib.
Energetika
9 Yanvar , 2019 15:46
Polşa ötən il Rusiyadan qaz idxalını azaldıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Polşanın PGNiG dövlət neft-qaz şirkəti 2018-ci ildə Rusiyadan əvvəlki ilə nisbətən 620 milyon kubmetr (6,4 faiz) az, yəni 9,66 milyarda qarşı 9,04 milyard kubmetr təbii qaz idxal edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Bununla yanaşı, il ərzində Qətər, Norveç və ABŞ-dan maye təbii qazın idxalı, təqribən, 1 milyard kubmetr artaraq (qaz halında) 2,71 milyard kubmetrdən artıq olub.

Ümumiyyətlə, 2018-ci il ərzində PGNiG daxili istehsalının 3,8 milyard kubmetr həcmində dəyərləndirildiyi ölkəyə 13,53 milyardadək kubmetr qaz idxal edib.

Şirkətin vitse-prezidenti Maçey Vozniak “Qazprom”la 2022-ci ildə başa çatacaq müqavilə çərçivəsində Rusiyadan qaz idxalını mümkün qədər minimuma endirməyə çalışdıqlarını qeyd edib. Həmin müqavilənın şərtlərinə görə, Polşa tərəfi razılaşdırılan qaz həcminin 85 faizinə qədərinin haqqını ödəməlidir.

“Öncül hədəfimiz 2023-ci ildən etibarən sırf bazar qiymətləri və prinsiplərinə əsaslanan alternativ, uzunmüddətli idxal zərfi əldə etməkdir”, - M.Vozniak vurğulayıb.

Son xəbərlər

Orphus sistemi