Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 80%-dən çoxu Azərbaycanın payına düşüb

Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 80%-dən çoxu Azərbaycanın payına düşüb Tbilisi. 25 yanvar. REPORT.AZ/ Ötən il Gürcüstan 1,50 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.
Energetika
25 Yanvar , 2019 16:23
Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 80%-dən çoxu Azərbaycanın payına düşüb

Tbilisi. 25 yanvar. REPORT.AZ/ Ötən il Gürcüstan 1,50 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) illik hesabatında bildirilib.

2018-ci ildə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1,23 mlrd. kilovatt/saatdan çoxu və ya 82%-i Azərbaycanın payına düşüb.

İllik müqayisədə Gürcüstan Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmini 34% artırıb.

Ötən il Gürcüstan Rusiyadan 206,495 mln. kilovatt/saat, Ermənistandan 7,8 mln. kilovatt/saat, Türkiyədən isə 64,3 mln. kilovatt/saat həcmində elektrik enerjisi alıb. 2018-cil ilin yalnız fevral ayında Gürcüstan Azərbaycandan Türkiyəyə 13,43 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.

Hesabat ilində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin ümumi həcmi isə 588,64 mln. kilovatt/saat təşkil edib. Bu həcmin də 23,1 mln. kilovatt/saatı Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi