Ötən il BTC-nin əməliyyat xərcləri 13% artıb

Ötən il BTC-nin əməliyyat xərcləri 13% artıb "ExxonnMobil" BTC-nin səhmdarları arasına qoşulub
Energetika
17 Fevral , 2018 09:39
Ötən il BTC-nin əməliyyat xərcləri 13% artıb

Bakı. 17 fevral. REPORT.AZ/ 2017-ci ildə “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 162 mln. ABŞ dolları xərcləyib.

“Report” “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatına əsasən, xəbər verir ki, hesabat dövründə BTC üzrə əməliyyat xərcləri, təqribən, 133 mln. dollar, əsaslı xərcləri isə 29 mln. dollar təşkil edib.

Ötən il BTC-nin əməliyyat xərcləri 2016-cı ildən 12,7% artıb, əsaslı xərcləri isə 50% azalıb.

Ötən ilin IV rübündə “BTC Co.”nun səhmdarlarında da dəyişiklik olub. Belə ki, ABŞ-ın “ExxonMobil” şirkəti CIECO şirkətinin (Yaponiyanın “Itochu” şirkətinin Londondakı törəməsi) layihədəki 2,50% payını alaraq BTC-nin səhmdarları arasına qoşulub.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə, ümümilikdə, 383 mln. tondan artıq (təxminən, 2,87 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2017-ci il ərzində isə BTC vasitəsilə, təqribən, 34 mln. ton (256 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), “ExxonMobil”(2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi