Yuxarı

​Ötən il Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Yanacaq mazutunun istehsalı isə 58,7 faiz artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda neft məhsullarının istehsalı azalıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilib.

Məlumatda qeyd olunub ki, neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 2429,9 milyon manat olmaqla 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,9 faiz azalıb. Neft məhsullarından ağ neftin istehsalı 2,9 faiz, avtomobil benzininin istehsalı 1,1 faiz, sürtkü yağlarının istehsalı 52,5 faiz, dizel yanacağının istehsalı 4,9 faiz azalıb, yanacaq mazutunun istehsalı isə 58,7 faiz artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi