Ötən il Azərbaycanda neft hasilatı 6 %-dək azalıb

Energetika
  • 13 yanvar, 2023
  • 12:02
Ötən il Azərbaycanda neft hasilatı 6 %-dək azalıb

2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə operativ məlumatlarında deyilir.

Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 2 milyon ton və ya 5,8 % azdır.

Məlumata görə, respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. İllik müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neftin hasilatı 2,1 milyon ton və ya 9,3 % azdır. “Şahdəniz” yatağından çıxarılan kondensatın həcmi isə illik müqayisədə 0,2 milyon ton və ya 4,8 % artıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 0,1 milyon ton və ya 1,3 % azdır.