Ötən il Azərbaycan polietilen ixracından gəlirini 2 dəfə artırıb

Energetika
  • 31 yanvar, 2022
  • 11:23
Ötən il Azərbaycan polietilen ixracından gəlirini 2 dəfə artırıb

2021-ci ildə Azərbaycan 95,8 milyon ABŞ dolları dəyərində xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 49,4 milyon ABŞ dolları və yaxud 2,1 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti