Ötən il Azərbaycan 5 ölkədən Aİ-95 markalı benzin almağa başlayıb
- 21 fevral, 2022
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Azərbaycan xaricdən 111 milyon 106,15 min ABŞ dolları dəyərində 147 min 412,23 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 90 %, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Rumıniyadan 51 milyon 490,83 min ABŞ dolları dəyərində 65 min 607,82 ton, Rusiyadan 36 milyon 048,94 min ABŞ dolları dəyərində 51 min 933,17 ton, Türkiyədən 6 milyon 653,17 min ABŞ dolları dəyərində 7 min 988,54 ton, Türkmənistandan 5 milyon 233,77 min ABŞ dolları dəyərində 6 min 925,54 ton, Kiprdən 4 milyon 191, 46 min ABŞ dolları dəyərində 4 min 995,48 ton, Yunanıstandan 4 milyon 121,35 min ABŞ dolları dəyərində 4 min 931,32 ton, İrandan 2 milyon 967,47 min ABŞ dolları dəyərində 4 min 471,04 ton, Gürcüstandan 399,15 min ABŞ dolları dəyərində 559,32 ton məhsul tədarük olunub.
2020-ci illə müqayisədə Rumıniyadan idxal müvafiq olaraq 2,6 dəfə və 94,1 % artıb, Rusiyadan – 4,58 % artıb və 8,48 % azalıb, İrandan – 44,83 % və 47,88 % artıb.
İkiillik aradan sonra Yunanıstandan, 6 illik fasilənin ardından Gürcüstandan "Aİ-95" benzinin tədarükü bərpa olunub. Ötən il son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Türkiyə, Türkmənistan və Kiprdən bu markadan olan benzin almağa başlayıb.