Ötən ay Supsa limanından 176 min ton xam neft ixrac olunub

Ötən ay Supsa limanından 176 min ton xam neft ixrac olunub “Report” bu barədə SOCAR-a istinadən xəbər verir
Energetika
1 Fevral , 2017 15:41
Ötən ay Supsa limanından  176 min ton xam neft ixrac olunub

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 176  109 ton xam neft ixrac edib.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi