Ötən ay Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci artıb

Energetika
  • 23 yanvar, 2025
  • 10:06
Ötən ay Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci artıb

Ötən il Gürcüstan Azərbaycandan 254,3 milyon ABŞ dolları dəyərində 1 milyard 664 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 6 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Təkcə dekabr ayında Gürcüstan Azərbaycandan 36,152 milyon ABŞ dolları dəyərində 208 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2,8 % çoxdur və 1 % azdır.

2024-cü ildə Gürcüstan xarici ölkələrdən 435,5 milyon ABŞ dolları dəyərində 2 milyard 315 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2 % azdır və 2,7 % çoxdur.

Gürcüstana Rusiyadan 181 milyon ABŞ dolları dəyərində 651 milyon kubmetr, İrandan 134 min ABŞ dolları dəyərində 85,54 min kubmetr, Avstriyadan 66,33 min ABŞ dolları dəyərində 149,7 min kubmetr, Böyük Britaniyadan 24,35 min ABŞ dolları dəyərində 0,01 min kubmetr təbii qaz tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti