Yuxarı
    Bağlamaq

    ​Ötən ay "Bakı" Elektrik Stansiyasında 45 mln. kVt/saat enerji istehsal edilib

    Cari ilin 9 ayı ərzində isə burada 383,9 milyon kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

    Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bakı" Elektrik Stansiyasında cari ilin sentyabr ayında 45 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, cari ilin 9 ayı ərzində isə burada 383,9 milyon kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

    Eyni zamanda, sözügedən dövrdə bir aqreqatda əsaslı təmir işlərinin başa çatdırıldığı, iki aqreqatda isə aparılan əsaslı təmir işlərinin davam etdirildiyi deyilir.

    Xatırladaq ki, “Bakı” Elektrik Stansiyası ümumi gücü 105 MVt təşkil edən 12 aqreqatdan ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi