Ötən ay Azərbaycan neft emalını 21 %-dən çox artırıb
- 13 fevral, 2025
- 09:56
Bu ilin yanvar ayında Azərbaycanda 0,6 milyon ton neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ay üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin ilk ayının göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 119 min ton və ya 21,4 % çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında ölkədə neftin emalı 481 min tona yaxın təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.