OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər

OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər Neftin qiyməti daha da aşağı düşərsə, yaxın 1,5 ay ərzində OPEK fövqəladə iclası çağırıla bilər
Energetika
24 Fevral , 2015 13:17
OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər

Bakı. 24 fevral. REPORT.AZ/ OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri, OPEK prezidenti Diezani Alison-Madueke bildirib. 

Onun sözlərinə görə, ərəb dövlətləri istisna olmaqla, demək olar ki, bütün OPEK ölkələri hazırkı şəraitdə özünü çox narahat hiss edir. "Neftin qiyməti çox düşərsə, yaxın  6 həftə ərzində OPEK fövqəladə iclasını çağıra bilər", - Diezani Alison-Madueke "The Financial Times" nəşrinə müsahibəsində qeyd edib.

"Biz artıq təşkilatın üzv ölkələri ilə danışıqlar aparırıq", - OPEK prezidenti bildirib. 

"Brent" markalı neftin aprel ayına olan fyuçersin qiyməti ICE London birjasında hərrac zamanı 0,56% - 58,56 dollar/barelə qədər azalıb. 2014-cü ilin iyun ayından "Brent" markalı neftin qiyməti təxminən 50% düşüb. 

Son xəbərlər

Orphus sistemi