OPEC+ toplantısı ərəfəsində neft ucuzlaşdı

OPEC+ toplantısı ərəfəsində neft ucuzlaşdı Sentyabrın 30-u günorta hərraclarında neftin qiymətləri azalıb.
Energetika
30 Sentyabr , 2021 17:49
OPEC+ toplantısı ərəfəsində neft ucuzlaşdı

Sentyabrın 30-u günorta hərraclarında neftin qiymətləri azalıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 0,65 % ucuzlaşaraq 77,58 ABŞ dollarından, noyabr fyuçersləri də 0,58 % ucuzlaşaraq 78,18 ABŞ dollardan, “WTI” markalı neftin noyabr fyuçersləri isə 0,74 % ucuzlaşaraq 74,8 ABŞ dollardan satılıb. Artıq qiymətlər üç hərracdır ucuzlaşmağa davam edir.

Xatırladaq ki, ötən həftə ABŞ-da neft ehtiyatları qəfildən 4,6 milyon barel artaraq 418,5 milyon barelə çatması OPEC+ formatının 4 oktyabr tarixinə təyin olunmuş toplantısı daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb.

Həmçinin dolların bahalaşması da neftin qiymətinin azalmasına təkan verir. Belə ki, cari həftənin əvvəlindən bu yana ABŞ dolları avroya qarşı 1 %-ədək bahalaşaraq ötən ilin payızından bu yana ən yüksək həddə çatıb. Eyni hal dollar indeksinə (ABŞ-ın 6 əsas ticarət tərəfdaşı olan ölkəsinin pul vahidlərinə qarşı orta məzənnəsi) də aiddir.

Son xəbərlər

Orphus sistemi