"Rusiya neft hasilatının azaldılmasına dair sazişin müddətini Səudiyyə Ərəbistanının istədiyi kimi, cari ilin sonunadək yox, iyundan sonra yalnız sentyabr ayının sonunadək uzada bilər".
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində səudiyyəli həmkarı Xalid Əbdüləziz əl-Falihlə görüşü zamanı bildirib.
Rusiyalı nazirin dediyinə görə, ölkəsinin bu mövqeyi Rusiya şirkətlərinin hasilatın məhdudlaşdırılmasının tez başa çatmasında maraqlı olduqları ilə bağlıdır.