OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır

OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır Neftə tələbat 2017-2018-ci illərdə 100 min barel/gün artım göstərəcək
Energetika
10 Avqust , 2017 17:43
OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır

Bakı. 10 avqust. REPORT.AZ/ 2017-ci ildə neftə olan tələbat orta hesabla 96,5 mln. barel/gün təşkil edəcək. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz OPEC təşkilatının yeni hesabatında yer alıb. 

Qeyd edək ki, bu proqnoz əvvəlki ilə müqayisədə tələbin 100 min barel/gün və ya 0,1% artacağını göstərir.

Gələn il isə neft tələbatı 97,8 mln. barel/günə çatacaq. Bu da əvvəlki proqnozla müqayisədə 100 min barel/gün və ya 0,1% çoxdur.

OPEC-in hesabatında yer alan proqnozlara əsasən, 2017-ci ildə kartel üzvü olan ölkələrdə neft hasilatı 55,6 mln. barel/gün səviyyəsində proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi