Yuxarı

OPEC+ ölkələri gündəlik neft hasilatının həcmini 500 min barel azaltmağa razılaşıb

OPEC+ ölkələri gündəlik neft hasilatının həcmini azaldır

OPEC+ özünün hədəflədiyi hasilat həcminə düzəlişlər edəcək və uzun müddət yükün böyük bir payını daşıyan Səudiyyə Ərəbistanının təzyiqi ilə hasilat kəsirini üzvlər arasında yenidən bölüşdürəcək.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dünya neftinin yarısından çoxunu hasil edən qrup cümə günü Vyanada keçirilən iclasda gündəlik hasilatın həcmini 500 000 barel azaltmağa razılaşıb.

Səudiyyə Ərəbistanının Enerji Naziri Şahzadə Əbdüləziz bin Salman iclasdan əvvəl açıq şəkildə siqnal verib. O bildirib ki, onun əsas prioriteti bəzi üzvlərin aldatmağı dayandırmağı və söz verilmiş azaldılmaları yerinə yetirməsidir: “Bazar bizə etibar etməli olacaq. Analitiklər bizə inanmaq məcburiyyətində qalacaqlar. Əgər onlar bunu etmirlərsə, biz nail olmaq istədiyimizi çatdıra bilmərik. Hər şey bu qədər sadə, bəzən isə bu qədər sərt olur”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi