OPEC neft bazarında tarazlaşmanın III rübdə sürətlənəcəyini gözləyir

OPEC neft bazarında tarazlaşmanın III rübdə sürətlənəcəyini gözləyir Bakı. 20 fevral. REPORT.AZ/ OPEC və kartelə daxil olmayan neft ölkələrinin Texniki Komitəsi neft bazarında tarazlığın bu ilin II-III rüblərində sürətlənəcəyini gözləyir.
Energetika
20 Fevral , 2018 17:55
OPEC neft bazarında tarazlaşmanın III rübdə sürətlənəcəyini gözləyir

Bakı. 20 fevral. REPORT.AZ/ OPEC və kartelə daxil olmayan neft ölkələrinin Texniki Komitəsi neft bazarında tarazlığın bu ilin II-III rüblərində sürətlənəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi əlaqədar mənbələrə istinadən bildirib.

Açıqlanan ssenarinin Liviya və Nigeriyanın hasilatı yanvar ayı səviyyəsində saxlayacağı halda, baş tutacağı qeyd olunur. Texniki Komitənin məlumatına görə, yanvarda OPEC+ anlaşması 133% yerinə yetirilib. İzafi qlobal neft ehtiyatlarının isə 5 illik orta səviyyədən cəmisi 74 mln. barel artıq olduğu bildirilib. Beləliklə, gündəlik neft hasilatının əvvəlki səviyyəyə geri qayıtdığı qeyd olunur.

Xatırladaq ki, OPEC+ anlaşması 2017-ci ilin əvvəlindən aktiv olub və 2018-ci ilin sonuna qədər davam edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi