Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti konfransı işə başlayıb. "Report" xəbər verir ki, Bakı vaxtı ilə 13:00-da başlayan görüş sayca 166-cıdır.
Konfransda OPEC üzvü olan 12 ölkə və üzvlük statusu olmayan Rusiya iştirak edir. Rəsmi Moskvanın açıqladığı məlumata görə, Rusiya OPEC-dən neft hasilatını aşağı salmağı xahiş edəcək. Artıq bununla bağlı OPEC üzvü Venesuela ilə də danışıqlar aparılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov venesuelalı həmkarı Rafael Ramireslə bu məsələni müzakirə edib. Rəsmi məlumatlara görə, R.Ramires Kremlin bu təklifini konfransda səsləndirəcək.