OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir Qiymətlər 50 dollar/barel səviyyəsindən aşağı düşə bilər
Energetika
23 May , 2017 15:07
OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

Bakı. 23 may. REPORT.AZ/ Qlobal neft hasilatının azaldılması anlaşmasının 9 ay müddətinə uzadılması təklifi ilə hasilatçı ölkələrin hamısı razı deyil. Tam razılaşma yalnız 6 ay müddətinə uzadılma proqramı üzrə mümkündür. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Küveytin neft naziri Assam əl-Mazruk çıxış edib. 

Nazir bildirib ki, OPEC neft hasilatının azaldılması kvotasının artırılması məsələsini də müzakirə etmir: "Hazırda hasilatı daha çox azaltmağa ehtiyac yoxdur".

"Report"un analitik qrupu bildirir ki, əgər mayın 24-25-də Vyanada keçiriləcək OPEC-in sammitdə anlaşma 6 ay və eyni səviyyədə qalmaq şərtilə qəbul edilərsə neft qiymətləri 50 dollar/barel səviyyəsindən aşağı enə bilər.

Son xəbərlər

Orphus sistemi