OPEC-in növbəti iclasının tarixi açıqlanıb

OPEC-in növbəti iclasının tarixi açıqlanıb
Energetika
50
28 Fevral , 2019 11:46
OPEC-in növbəti iclasının tarixi açıqlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ OPEC kartelə daxil olan ölkələrin iclasını Vyanada bu il iyunun 25-də, OPEC+ görüşünü isə iyunun 26-da keçirməyi planlaşdırır.

"Report" "S&PGlobal Platts"a istinadən xəbər verir ki, bu barədə OPEC Baş katibi Məhəmməd Barkindo məlumat verib.

O, eyni zamanda OPEC+in neft hasilatının həcminə dair qərarı həm aprel, həm də iyun aylarındakı iclasda verə biləcəyini açıqlayıb.

Daha əvvəl OPEC nazirlərinin aprel görüşündə neft hasilatının azaldılmasına dair sazişin parametrlərinin yenidən nəzərdən keçirilə, eləcə də sazişin müddətinin 2019-cu ilin sonuna qədər uzadılmasına dair qərar qəbul ediləcəyi bildirilmişdi.