OPEC-in neft hasilatı yanvarda 100 min barel/gün artıb

OPEC-in neft hasilatı yanvarda 100 min barel/gün artıb Nigeriya, S.Ərəbistanı və Liviya hasilatı artırıb
Energetika
1 Fevral , 2018 12:54
OPEC-in neft hasilatı yanvarda 100 min barel/gün artıb
REUTERS/ Heinz-Peter Bader

Bakı. 1 fevral. REPORT.AZ/ OPEC ölkələrinin bu ilin yanvar ayında orta gündəlik neft hasialtı 100 min barel və ya 0,31% artaraq 32,4 mln. barelə yüksəlib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, artım əsasən S.Ərəbistanı və Nigeriya hesabına baş verib. Bununla da yanvarda OPEC üzvlərinin neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ anlaşmasına 137% əməl etdiyi bildirilir. Qeyd edək ki, ötən ay bu göstərici 138% təşkil edib.

Yanvar ayında hasilatı ən çox artıran OPEC üzvü ölkə Nigeriya olub. Lakin hesabatda bu ölkənin hasilatı nə qədər artırdığı bildirilmir. S.Ərəbistanında hasilat 50 min barel/gün, Liviyada isə 30 min barel/gün artıb. Venesuela və İraqda hasilatın azaldığı bildirilir.

Xatırladaq ki, "Reuters" agentliyi hazırladığı hesabatda neft yükləmələri, "Thomson Reuters" tərəfindən təqdim olunan neft axınları, neft şirkətlərindəki mənbələri, OPEC və konsaltinq şirkətlərinin məlumatlarını əsas götürür.

Son xəbərlər

Orphus sistemi