OPEC+ iclası öncəsi neft ucuzlaşıb
Energetika
- 01 noyabr, 2021
- 06:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti aşağı düşür.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,23% ucuzlaşaraq, 1 bareli 83,52 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,38% aşağı düşərək, 1 bareli 83,25 ABŞ dolları təşkil edib.
İnvestorların OPEC+ alyansının noyabrın 4-ü keçiriləcək iclası öncəsi tərəddüdləri fonunda bazarda mənfi tendensiya müşahidə olunur.
Bundan başqa, Çində koronavirusa yoluxma hallarının artması da qiymətlərə təzyiq göstərir.
Ekspertlərin fikrincə, yeni yoluxma hallarının artması neftə olan tələbin qlobal bərpa templərini azalda bilər.
Son xəbərlər
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol