Martda OPEC gündəlik neft hasilatını 534 min barel azaldıb

Martda OPEC gündəlik neft hasilatını 534 min barel azaldıb Bu ilin mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr fevral ayı ilə müqayisədə gündəlik neft hasilatını 534 min barel azaldıb.
Energetika
10 Aprel , 2019 17:14
Martda OPEC gündəlik neft hasilatını 534 min barel azaldıb

Bu ilin mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr fevral ayı ilə müqayisədə gündəlik neft hasilatını 534 min barel azaldıb.

“Report” xəbər verir ki, bu barədə kartelin hesabatında deyilir.

OPEC gündəlik 30,02 mln. barel neft hasil edib.

Hasilatın artıq bir neçə aydır azaldılmasında lider Səudiyyə Ərəbistanıdır. Martda bu ölkədə fevral ayı ilə müqayisədə gündəlik neft hasilatı 324 min barel azaldılaraq 9,794 mln. barelə qədər çatdırılıb. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə isə krallıq martda neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq, götürdüyü öhdəliyi 61% çox yerinə yetirib və gündəlik hasilatı 838 min barel azaldıb.

İraq martda fevral ayı ilə müqayisədə gündəlik hasilatı 126 min barel azaldaraq 4,522 mln. barelə çatdırıb. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə isə gündəlik neft hasilatı 131 min barel düşüb. Beləliklə, ölkə neft hasilatının azaldılması ilə bağlı Vyana sazişi üzrə öhdəliyini 93% yerinə yetirib.

OPEC+ sazişində iştirak etməyən İran isə martda fevral ayı ilə müqayisədə gündəlik neft hasilatını 28 min barel azaldaraq 2,698 mln. barelə çatdırıb. Sazişdə iştirak etməyən Venesuelada gündəlik neft hasilatını bir ayda 289 min barel azaldaraq 732 mln. barelə çatdırıb. Liviya isə əksinə, gündəlik neft hasilatını 196 min barel artıraraq 1,098 mln. barelə çatdırıb.

Nigeriya isə gündəlik hasilatı 11 min barel artıraraq 1,733 mln. barelə çatdırıb. Bu arada, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə Nigeriyada gündəlik hasilat 5 min barel azalıb ki, bu da saziş üzrə öhdəliyini 9% icra edilməsi deməkdir. 

Son xəbərlər

Orphus sistemi