OPEC-ə daha bir ölkə qoşulub

OPEC-ə daha bir ölkə qoşulub Ekvatorial Qvineya OPEC-in yeni üzvü olub
Energetika
25 May , 2017 14:54
OPEC-ə daha bir ölkə qoşulub

Bakı. 25 may. REPORT.AZ/ Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulub.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi jurnalistlərə bildirib.

"Düşünürəm ki, OPEC-ə üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir", - deyə nazir qeyd edib.

Qeyd edək ki, mayın 24-25-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Nazirlər Şurasının 172-ci iclası keçirilir.

Xatırladaq ki, OPEC 1960-cı ilin sentyabr ayında yaradılıb. Əlcəzair, Anqola, Ekvador, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela təşkilatın üzvüdür.

İngilis versiyası One more country joins OPEC

Son xəbərlər

Orphus sistemi