Yuxarı

OPEC: Azərbaycanda 2015-2018-ci illərdə neft hasilatı sutkada 0,9 mln. barel təşkil edəcək

OPEC Azərbaycanda neft və qaz hasilatının ortamüddətli perspektivdə azalmasını proqnozlaşdırır

Bakı. 15 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Azərbaycanda neft və qaz hasilatının ortamüddətli perspektivdə azalmasını proqnozlaşdırır. "Report" xəbər verir ki, bu barədə OPEC-in "Dünya neft proqnozu-2014" (World Oil Outlook 2014) məruzəsində deyilir.

OPEC-in proqnozlarına əsasən, 2015-ci ildən 2018-ci ilədək Azərbaycanda neft hasilatı sutkada 0,9 mln. barel təşkil edəcək, 2019-cu ildə bu göstərici sutkada 0,8 mln. barelə qədər azalacaq, 2030-cu ilə qədər isə sutkada 0,7 mln. barelə qədər düşə bilər.  

"Azərbaycanın ən iri karbohidrogen hovuzları Xəzər dənizinin şelfində yerləşir. Maye karbohidrogen istehsalatının 2010-cu ildə sutkada 1,07 mln. barelə qədər çatdığı on il qızğın inkişafdan sonra Azərbaycan istehsalatının gözə çarpan azalmasının şahidi olub", - deyə OPEC-in məruzəsində qeyd olunub. 

Qeyd edək ki, Azərbaycan hökuməti "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi çərçivəsində ortamüddətli perspektivdə ölkədə təbii qazın hasilatının artmasını gözləyir. Məhz təbii qazın beynəlxalq bazarlara əlavə həcmlərinin ixracının təmin olunması məqsədilə Azərbaycan iri xarici sərmayəçilər ilə birgə yeni qaz kəmərlərinin (TAP və TANAP) tikinti layihələrinin həyata keçirilməsinə başlayıb. Bununla yanaşı, yeni dəniz neft yataqlarının istismara verilməsi sayəsində neft və kondensat hasilatının artması proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi