OPEC+ anlaşması iyunda dayandırıla bilər

OPEC+ anlaşması iyunda dayandırıla bilər Anlaşma iştirakçıları neft bazarının vəziyyətinə baxacaqlar
Energetika
11 Dekabr , 2017 12:36
OPEC+ anlaşması iyunda dayandırıla bilər
REUTERS/ Heinz-Peter Bader

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiya və OPEC üzvü olan bir sıra ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı vaxtından öncə, 2018-ci ilin iyun ayında bitirmək istəyir.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Küveytin neft nazirinin səlahiyyətlərini icra edən İsam əl-Mazruk neft ixrac edən ərəb ölkələri təşkilatının (OAPEC) iclasında jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, əgər neft bazarı tənzimlənərsə, anlaşmadan ayrılmaq strategiyasına 2018-ci il iyunun 22-də OPEC+ iclasında baxıla bilər. 

Qeyd edək ki, 2018-ci il martın 31-də bitən cari OPEC+ anlaşması, bu il noyabrın 30-da keçirilən iclasda 2018-ci ilin sonuna qədər uzadılıb. Növbəti iclas OPEC-in sayca 174-cü sammiti olacaq.

Son xəbərlər

Orphus sistemi