OPEC+ alyansının qərarından sonra neft ucuzlaşır

OPEC+ alyansının qərarından sonra neft ucuzlaşır Dünya bazarlarında neft ucuzlaşıb. İnvestorlar OPEC+ alyansının növbətini iclasını və mart ayında hasilatın planlaşdırıldığı qədər artırılması barədə qərarını qiymətləndirirlər.
Energetika
3 Fevral , 2022 09:36
OPEC+ alyansının qərarından sonra neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşıb. İnvestorlar OPEC+ alyansının növbətini iclasını və mart ayında hasilatın planlaşdırıldığı qədər artırılması barədə qərarını qiymətləndirirlər.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,25% ucuzlaşaraq, 1 bareli 89,25 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,39% aşağı düşərək, 1 bareli 87,92 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının dünən keçirilmiş iclasında neftin mart ayındakı hasilatı ilə bağlı qərarını qiymətləndirirlər. Qərara əsasən neft hasilatı planlaşdırıldığı kimi gündəlik 400 min barel artırılacaq.

ABŞ-da neftin kommersiya ehtiyatlarının 1 milyon barel azalması barədə xəbərlər neftin ucuzlaşmasının qarşısını alan müsbət amillərdən biridir. Analitiklər isə ehtiyatların 1,5 milyon barel artdığını güman edirdilər.

Son xəbərlər

Orphus sistemi