"OPEC+" alyansının hasilatın azaldılması ilə bağlı qərarı nefti bahalaşdırıb

"OPEC+" alyansının hasilatın azaldılması ilə bağlı qərarı nefti bahalaşdırıb "OPEC+" alyansına üzv ölkələrin hasilatın azaldılması ilə bağlı qərarından sonra neft qiymətləri yüksəlir.
Energetika
5 İyun , 2023 11:19
OPEC+ alyansının hasilatın azaldılması ilə bağlı qərarı nefti bahalaşdırıb

"OPEC+" alyansına üzv ölkələrin hasilatın azaldılması ilə bağlı qərarından sonra neft qiymətləri yüksəlir.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 1,42 % bahalaşaraq 1 bareli 72,79 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,33 % artaraq və 1 bareli 77,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "OPEC+" alyansı 2024-cü ildən neft hasilatının ümumi hədəf səviyyəsini gündəlik təxminən 1,4 milyon barel azaldaraq, 40,46 milyon barelə endirilməsi ilə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi