OPEC+ 2024-cü il üçün planlarını açıqlayıb

OPEC+ 2024-cü il üçün planlarını açıqlayıb OPEC+ üzvü olan ölkələr razılaşmanı 2024-cü ilə qədər uzatmaq niyyətindədirlər, Səudiyyə Ərəbistanı isə könüllü olaraq neft hasilatını yenidən azaltmağı planlaşdırır.
Energetika
4 İyun , 2023 20:21
OPEC+ 2024-cü il üçün planlarını açıqlayıb

OPEC+ üzvü olan ölkələr razılaşmanı 2024-cü ilə qədər uzatmaq niyyətindədirlər, Səudiyyə Ərəbistanı isə könüllü olaraq neft hasilatını yenidən azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” mənbələrə istinadən xəbər verir.

Eyni zamanda, “Reuters” mənbələrə istinadən xəbər verir ki, təşkilat üzv dövlətlər onun yeni baza səviyyələri barədə razılığa gəldikdən sonra 2024-cü ildən hasilatı azalda bilər.

Razılaşma çərçivəsində OPEC+ ölkələri bu ilin sonuna qədər neft hasilatını gündəlik 2 milyon barel azaldacaq. Aprel ayında Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra alyansa üzv ölkələr may ayından kvotadan artıq könüllü azalma - gündəlik daha 1,16 milyon barel azaldıldığını elan ediblər.

Son xəbərlər

Orphus sistemi