Oman OPEC üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barel azaldılmasını dəstəkləyəcək

Oman OPEC üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barel azaldılmasını dəstəkləyəcək Bakı. 12 noyabr. REPORT.AZ/ Neft bazarı həddindən artıq dolub və Oman Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barelə qədər azaldılmasını dəstəkləyəcək.
Energetika
12 Noyabr , 2018 15:32
Oman OPEC üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barel azaldılmasını dəstəkləyəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ "Neft bazarı həddindən artıq dolub və Oman Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barelə qədər azaldılmasını dəstəkləyəcək".

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Omanın neft naziri Məhəmməd əl-Rumhi bildirib.

Onun sözlərinə görə, OPEC-ə daxil olmayan ölkələr də hasilatda azalma ilə bağlı fikirləri bölüşür: “Bizə konsensus lazımdır. Əgər hər kəslə sazişimiz olsa, daha yaxşı olardı”.

Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev isə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihə istinadən bildirib ki, rəsmi Ər-Riyad neft hasilatının həcminin bu ilin avqust-sentyabr aylarındakı səviyyədən aşağı salınmasını dəstəkləyir. 

Onun sözlərinə görə, hələlik hasilatın azaldılıb-azaldılmaması ilə bağlı anlaşma yoxdur: "Bununla bağlı qərar azalmanın hansı həcmdə olmasından asılıdır". 

Bununla belə, Qazaxıstan bu ilin noyabr-dekabr aylarında azalmanı öz üzərinə götürmək istəyir. Eyni zamanda rəsmi Astana hesab edir ki, “Kaşaqan” yatağında hasilat artacaq, digər yataqlarda isə sabit qalacaq. 

Son xəbərlər

Orphus sistemi