Noyabrda Azərbaycan qazının Türkiyənin qaz idxalında payı 10,5% olub

Noyabrda Azərbaycan qazının Türkiyənin qaz idxalında payı 10,5% olub Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci ilin noyabr ayında Türkiyəyə 575,02 mln. kubmetr təbii qaz ixrac edib.
Energetika
25 Yanvar , 2018 16:06
Noyabrda Azərbaycan qazının Türkiyənin qaz idxalında payı 10,5% olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci ilin noyabr ayında Türkiyəyə 575,02 mln. kubmetr təbii qaz ixrac edib.

“Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu həcm ay ərzində Türkiyənin ümumi qaz idxalının 10,55%-ni təşkil edib.

Hesabat ayında Türkiyənin Azərbaycandan qaz idxalı 2016-cı ilin noyabr ayındakından 0,3% az olub. Azərbaycan Türkiyənin "mavi yanacaq" idxal etdiyi ölkələr arasında 3-cüdür. 

Ümumilikdə, noyabr ayında Türkiyə 5,448 mlrd. kubmetr qaz idxal edib. Bunun 4,043 mlrd. kubmetrini boru kəmərləri ilə nəql olunan qaz, 1,405 mlrd. kubmetrini mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Bu həcmin 2,679 mlrd. kubmetri Rusiyadan, 789 mln. kubmetri İrandan, 418 mln. kubmetri Qətərdən, 409 mln. kubmetri Əlcəzairdən, 196 mln. kubmetri ABŞ-dan, 175 mln. kubmetri Norveçdən, 107 mln. kubmetri Nigeriyadan, 98 mln. kubmetri Trinidad və Tobaqodan alınıb.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub.

Son xəbərlər

Orphus sistemi