Novruz Məmmədov: "Azərbaycan iqtisadi mənafelərə əsaslanaraq enerji layihələrini həyata keçirir"

Novruz Məmmədov: "Azərbaycan iqtisadi mənafelərə əsaslanaraq enerji layihələrini həyata keçirir" "Azərbaycan bir sıra böyük layihələri həyata keçirə bilən tərəfdaş ölkə kimi özünü tanıdıb"
Energetika
4 Fevral , 2015 16:34
Novruz Məmmədov: Azərbaycan iqtisadi mənafelərə əsaslanaraq enerji layihələrini həyata keçirir

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan və Rusiyanın enerji layihələri bir-birini qarşılıqlı surətdə tamamlayır. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "Lenta.ru"ya müsahibəsində bildirib. 

"Avropa bazarı enerji ehtiyatlarına ehtiyac duyur, bu bazar isə ödəmə qabiliyyəti olan və qanunvericiliklə tənzimlənən bazardır. Azərbaycan yalnız iqtisadi mənafelərə əsaslanaraq enerji layihələrini həyata keçirir", - N.Məmmədov qeyd edib. 

O vurğulayıb ki, Azərbaycan bir sıra böyük layihələri həyata keçirə bilən tərəfdaş ölkə kimi özünü tanıdıb.

"Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional layihələri irəli sürür və həyata keçirir. Bu, 1991-ci ildə müstəqilliyin əldə olunmasından sonra transmilli maliyyə korporasiyalarının iştirakı olmadan maliyyələşdirilən ilk layihədir", - PA rəsmisi deyib. 

Son xəbərlər

Orphus sistemi