Novak: "Rusiya Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə svop qaz tədarükü ilə bağlı danışıqlar aparmır"

Energetika
  • 09 oktyabr, 2024
  • 14:23
Novak: Rusiya Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə svop qaz tədarükü ilə bağlı danışıqlar aparmır

Rusiya-Ukrayna tranzit müqaviləsinə xitam verildikdən sonra Ukraynanın qaz nəqli sisteminin fəaliyyətini davam etdirməsi üçün Moskvanın iştirakı ilə Azərbaycan və Türkiyədən Avropaya svop qaz tədarükü ilə bağlı danışıqlar aparılmır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazirin müavini Aleksandr Novak deyib.

“Bu, müzakirə olunmur. Birincisi, belə təkliflər yoxdur, ikincisi, bunun üçün qaz nəqli infrastrukturunun yaradıldığını düşünmürəm”, - o bildirib.

Daha əvvəl “Naftoqaz” şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey Çernışov bildirmişdi ki, Aİ və Ukrayna bu il Ukrayna-Rusiya tranzit müqaviləsinə xitam verildikdən sonra Avropaya davamlı qaz tədarükünü təmin etmək üçün yollar axtarır, onlardan biri Azərbaycan qazının tədarükü ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti