Yuxarı

Novak: "Karbohidrogen erası yaxın onilliklərdə davam edəcək"

Novak: "Karbohidrogen erası yaxın onilliklərdə davam edəcək"

Qaz əsas yanacaq növü olaraq qalacaq

Bakı. 7 mart. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyinin proqnozlarına görə, karbohidrogen erası yaxın onilliklərdə davam edəcək.

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "CeraWeek" konfransı zamanı bildirib.

"Elmi-texniki tərəqqi və bərpa olunan enerjiyə baxmayaraq karbohidrogen erası yaxın onilliklər ərzində davam edəcək", - deyə Rusiyanın Energetika Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Nazir əlavə edib ki, qaz yaxın vaxtlarda əsas yanacaq növü olaraq qalacaq və dünyanın enerji balansında daha çox yer tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi