Bolqarıstanlı nazir: “Bakı forumu enerji problemlərinin müzakirəsi üçün yerinə düşən platformadır”

Bolqarıstanlı nazir: “Bakı forumu enerji problemlərinin müzakirəsi üçün yerinə düşən platformadır” “Bakıda keçiriləcək Enerji Həftəsi çərçivəsində tərəfdaşlarımızla neft və qaz təchizatının təhlükəsizliyi, elektrik enerjisi sistemlərinin gələcəyi və bərpa olunan enerjinin inkişafı məsələlərini müzakirə edə biləcəyik”.
Energetika
27 May , 2022 17:30
Bolqarıstanlı nazir: “Bakı forumu enerji problemlərinin müzakirəsi üçün yerinə düşən platformadır”

“Bakıda keçiriləcək Enerji Həftəsi çərçivəsində tərəfdaşlarımızla neft və qaz təchizatının təhlükəsizliyi, elektrik enerjisi sistemlərinin gələcəyi və bərpa olunan enerjinin inkişafı məsələlərini müzakirə edə biləcəyik”.

Bunu “Report”a müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.

“Bunlar bütün istehlakçıların rifahı naminə regionda enerji sektorunun şəffaf, bazara əsaslanan və rəqabətədavamlı inkişafına nail olmaq üçün vacib məsələlərdir. Avropa qitəsinin yaşadığı böhranlar, COVID-19 pandemiyası, sonradan enerji qiymətlərinin artması və Ukraynadakı müharibələr kontekstində Bakı forumu bu böhranların aradan qaldırılması yolunda duran çətinliklərin müzakirəsi üçün yerinə düşən platformadır”, - bolqarıstanlı nazir bildirib.

Bu il Bakı Enerji Həftəsi Azərbaycan paytaxtında iyunun 1-dən 4-dək keçiriləcək. Müasir zamanda enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq, Azərbaycanda Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirəcək - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi