Neftin ucuzlaşmasına təsir edən amillər açıqlandı

Neftin ucuzlaşmasına təsir edən amillər açıqlandı Neftin başlıca markalaları OPEC+ Vahid Nazirlər Monitorinq Komitəsinin bu günə nəzərdə tutulmuş iclası ərəfəsində ucuzlaşmağa başlayıb.
Energetika
19 Avqust , 2020 13:38
Neftin ucuzlaşmasına təsir edən amillər açıqlandı

Neftin başlıca markalaları OPEC+ Vahid Nazirlər Monitorinq Komitəsinin bu günə nəzərdə tutulmuş iclası ərəfəsində ucuzlaşmağa başlayıb.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında bu gün səhərki hərrac zamanı “Brent” markalı neftin oktyabrda tədarük ediləcək həcmləri ötən hərracda 0,2 faiz bahalaşmasına qarşı 0,75 faiz ucuzlaşaraq 45,12 ABŞ dollarından satılıb.

Həmçinin Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabrda tədarük ediləcək həcmləri 0,58 faiz ucuzlaşaraq 42,64 ABŞ dollarından satılıb.

Qeyd edək ki, OPEC+ formatının iştirakçısı ölkələrinin nazirləri bu gün hasilat ixtisarı barədə razılaşmanın yerinə yetirilməsini, may – iyul ayları üçün hasilat kvotalarını pozan ölkələrdə cərimə ixtisarlarını müzakirə edəcəklər. “İNG” beynəlxalq bank və maliyyə təsisatının ekspertləri OPEC+ iştirakçılarının hasilatı 7,7 milyon barel ixtisar etmək barədə mövcud razılaşmaya bundan sonra da əməl edəcəklərini gözləyirlər. Bununla belə, Amerika Neft İnstitutunun (APİ) dünən dərc olunan məlumatına görə, ABŞ-da avqustun 7-14-də neft ehtiyatları 4,26 milyon barel azalıb.

S&P Global Platts xəbər verir ki, ekspertlər ABŞ-da neft ehtiyatlarının ötən həftə 3,8 milyon barel, o cümlədən benzinin 2 milyon barel azaldığı qənaətindədirlər. Bu barədə hökumətin həftəlik rəsmi məlumatı bu gün axşam dərc olunacaq.

Son xəbərlər

Orphus sistemi