Dünya bazarında neftin qiyməti ucuzlaşıb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb 2014-cü il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
25 Dekabr , 2014 09:24
Dünya bazarında neftin qiyməti ucuzlaşıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,29% yaxud 1,28 dollar ucuzlaşaraq 55,84 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,41% və ya 1,45 dollar ucuzlaşaraq 60,24 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi