Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb

Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Brent markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barelə görə 81 dollar göstəricisini ötüb.
Energetika
25 Sentyabr , 2018 03:57
Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barelə görə 81 dollar göstəricisini ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bazar ertəsi London birjasında "Brent"in noyabr fyuçersləri bir barelə görə 3,4% bahalaşaraq 81,43 dollara çatıb. Şimal dəniz nefti sonuncu dəfə 2014-cü ilin 12 noyabr tarixində 81 dollardan baha satılıb.

Hərraclarda WTI markalı yüngül neftin bir barelinin qiyməti 1,14% artaraq 71,89 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi