Dünya bazarında neftin qiyməti qalxıb

Dünya bazarında neftin qiyməti qalxıb Dünən “Brent”in iyul fyuçersləri 0,08 dollar (0,1 faiz) bahalaşaraq bir bareli 68,96 dollara satılıb
Energetika
274
6 May , 2021 11:46
Dünya bazarında neftin qiyməti qalxıb

Dünya bazarında bu gün neftin qiymətində artım müşahidə olunub.

“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:03-də Londonun “ICE Futures” birjasında “Brent” neftinin iyul fyuçerslərinin qiyməti bir barel üçün 69,11 ABŞ dolları təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar (0,22 faiz) çoxdur.

Dünən isə “Brent”in iyul fyuçersləri 0,08 dollar (0,1 faiz) bahalaşaraq bir bareli 68,96 dollara satılıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI neftinin iyun fyuçerslərinin qiyməti hazırda bir barel üçün 65,67 dollar təşkil edir ki, bu da əvvəlki qiymətdən 0,04 dollar (0,06 faiz) çoxdur.

Dünən WTI fyuçerslərinin iyun qiyməti 0,06 dollar (0,1 faiz) azalaraq bir barel üçün 65,63 ABŞ dolları təşkil edib.

İngilis versiyası Oil prices rising

Son xəbərlər

Orphus sistemi